RU

ABŞ Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 40%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından (ABŞ)Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xariciinvestisiyaların həcmi 89,493 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 25,452 milyon ABŞ dolları və ya 39,7% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində ABŞ-dən yatırılan investisiyaların payı 2,8% təşkiledib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında ABŞiqtisadiyyatına 77,621 milyon ABŞ dolları sərmayə qoyub ki, bu daötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 57,960 milyonABŞ dolları və ya 3,9 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə yatırılanAzərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib.Bununla da ABŞ Azərbaycanın ən çox investisiya yatırımı etdiyiölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Amerika BirləşmişŞtatlarından Azərbaycana birbaşa xarici investisiyaların həcmi64,041 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılaninvestisiyaların həcmi isə 19,661 milyon ABŞ dollarına bərabərolub.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya35,2% çoxdur.

Избранный
35
3
az.trend.az

6Источники