RU

“Ərimi Putin zəhərləyib” -Navalnaya

Ajans.az xəbər verir ki, müxtəlif ölkələrdə yerləşən iki müstəqil laboratoriya tərəfindən aparılan analizlər bu nəticəni təsdiqləyib. “Biz Alekseyin bioloji materiallarını 2024-cü ilin fevralında əldə edib, təhlükəsiz şəkildə xaricə çıxarmağa nail olduq. İki müxtəlif ölkədə yerləşən laboratoriyalar bu nümunələr üzərində müstəqil tədqiqatlar apardı və hər iki qurum onun zəhərləndiyi nəticəsinə gəldi.” Navalnaya vurğulayıb ki, əldə edilən nəticələr ictimai əhəmiyyət daşıyır və nəşr olunmalıdır:
“Hamımız həqiqəti bilməyə layiqik. Bu məlumatlar gizlədilməməlidir. Mən siyasi mülahizələrə məhəl qoymadan bu məlumatların yayımlanmasına çağırıram.” Navalnaya öz bəyanatında Rusiya Prezidenti Vladimir Putini ərinin ölümündə birbaşa ittiham edib:
“Vladimir Putin Aleksey Navalnının qətlinə görə məsuliyyət daşıyır. Rusiya kəşfiyyat orqanları qadağan olunmuş kimyəvi və bioloji silahlar hazırlamaqla məşğuldur. Bu, beynəlxalq hüquq normalarına ziddir.” O, tədqiqatı aparan laboratoriyalara nəticələri dərc etmək çağırışı ilə müraciət edib:
“Laboratoriyalardan tələb edirəm ki, əldə etdikləri nəticələri dərhal ictimaiyyətlə bölüşsünlər. Bəzi yüksək səviyyəli səbəblərə görə susmaq yolverilməzdir. Putinlə oynamağı dayandırın. O susduqca, onu dayandırmaq mümkün olmayacaq.” Aleksey Navalnı 2024-cü ilin fevralında Rusiyanın uzaq şimalında yerləşən “qəti rejimli” həbsxanada dünyasını dəyişmişdi. Onun ölümü ilə bağlı rəsmi versiya “təbii səbəblər” göstərilsə də, müxalifət və beynəlxalq ictimaiyyət bu izaha şübhə ilə yanaşır.

 

Избранный
41
Ajans.az

1Источники