RU

Sahibkarların bank hesablarının sayı kəskin artıb

2025-ci ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin cari bank hesablarının sayı ötən illə müqayisədə 227 min vahid artaraq 1 123 177-ə çatıb.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-cü ilə dair illik hesabatında qeyd edilib.

    Məlumata görə, hüquqi şəxslərin hesablarının sayı isə bir ildə 59,5 min artaraq 379 826 olub.

    Qeyd edilib ki, 2019-cu ilin 1 yanvarı ilə müqayisədə sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı təxminən 3,8 dəfə, hüquqi şəxslərin hesablarının sayı isə 1,7 dəfə artıb.

    Избранный
    7
    2
    banco.az

    3Источники