ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova 5 il müddətinə həbs oluna bilər.
Axşam.az xəbər verir ki, buna səbəb sənətçinin sonuncu qalmaqallı müsahibəsində Cövhər Dudayev haqqında səsləndirdiyi ifadələr olub.
"SHOT" teleqram kanalının məlumatına görə, Puqaçovanın onun barəsində dedikləri terrorizmə bəraət qazandırmaq kimi qiymətləndirilə bilər. Bildirilib ki, Dudayevi “ləyaqətli insan” kimi təqdim etmək, eləcə də onun şəxsiyyəti haqqında işlədilən müsbət fikirlər cinayət işinin başladılmasına əsas yaradır.
Əlavə olunub ki, bu cür bəyanatlar Rusiya Cinayət Məcəlləsinin terrorçuluğa bəraət qazandıran 205.2-ci maddəsinə aiddir. Hazırda sənətçini 5 ilə qədər həbs gözləyir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, C.Dudayev çeçen hərbçisi, siyasətçisi, dövlət xadimi, Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı və İçkeriyanın ilk prezidenti olub.
Puqaçova müsahibəsində C.Dudayev haqqında müsbət fikirlər səsləndirərək onu “layiqli, hörmətli və ağıllı” adlandırmışdı. Bu açıqlamalardan sonra müğənniyə qarşı iddia qaldırılıb və buna görə ondan 1,5 milyard rubl tələb olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.