RU

NATO iki həftəlik təlimlərə başlayır

Estoniyada NATO-ya üzv ölkələrin hərbi qulluqçularının iştirakı ilə “Pikne” (“İldırım”) təlimləri başlayır. Təlimlər iki həftə davam edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi iştirak edəcək.

Əsas fəaliyyətlər Baltikyanı respublikanın şimal, qərb və şərq hissələrində baş verəcək. Təlimlər çərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişə zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə mübarizə aparacaqlar.

Estoniyanın Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər müdafiə xarakteri daşıyır.

Избранный
10
11
sia.az

10Источники