AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 4-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, “İmişli” komandası 5000 manat cərimə edilib.
“İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.
“İmişli” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “İmişli” komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “İmişli” komandası 3000 manat cərimə edilib.
“İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sumqayıt” komandası 5000 manat cərimə edilib.
“Şamaxı” – “Karvan-Yevlax” oyununda “Şamaxı” komandasının heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 3000 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” komandası 5000 manat cərimə edilib.