RU

Kəlbəcərdə işəgötürən və sakinlərlə görüş keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kəlbəcər rayonunda Bərpa Tikinti İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə Kəlbəcərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verilib.

“Böyük Qayıdış” Proqramı çərçivəsində həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı məqsədilə agentlik tərəfindən görülən işlərdən bəhs olunub, qurumun fəaliyyət istiqamətləri barədə təqdimat edilib.

İşğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluq proqramlarının icrası sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə edilib.

Köç prosesindən sonra ilk dəfə sakinlərlə öz doğma yurdlarında keçirilən görüşdə isə onların məşğulluq imkanları qiymətləndirilib, mövcud iş imkanları araşdırılıb. Görüşdə iştirak edən vətəndaşların müraciətləri üzrə aidiyyəti işlər aparılıb.

 

Избранный
12
4
azertag.az

5Источники