RU

Bu ölkədə 2 həftəlik NATO təlimləri başlayır

Bakı. Trend:

Estoniyada NATO-ya üzv ölkələrin hərbi qulluqçularının iştirakıilə “Pikne” (“İldırım”) təlimləri başlayır.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa,Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən3000-ə yaxın hərbçi iştirak edəcək.

Məlumata görə, təlimlər 2 həftə davam edəcək. Təlimlərçərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişəzonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgəmübarizə aparacaqlar.

Estoniyanın Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər müdafiəxarakteri daşıyır.

Məqalədə:
Избранный
20
11
az.trend.az

10Источники