"Benfika"nın yeni baaş məşqçisinin adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisini Joze Mourinyo çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
62 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
"Benfika" Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində "Qarabağ"a 2:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Bruno Laje istefaya göndərilib. Mourinyonun son iş yeri isə "Fənərbaxça" olub.