RU

Kamçatkada güclü zəlzələ: Fövqəladə vəziyyət elan edildi - VİDEO

Kamçatkanın şərq sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 125 kilometr şimal-şərqdə, zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilib. 

Zəlzələdən sonra regionda fövqəladə vəziyyət elan edilib.

 

 

Избранный
24
3
adalet.az

10Источники