RU

“Suverenlik hər bir xalqın ən böyük arzusu və niyyətidir” - Fərhad Abdullayev

"Bu il xüsusi bir ildir. 2024-cü ilin 19 sentyabrında Prezidentin Sərəncamı ilə hər il 20 sentyabr Suverenlik Günü kimi qeyd ediləcək. Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyətidir. "Konstitusiya və Suverenlik" ili təkcə rəmzi xarakter daşımır, həm də böyük Zəfərimizin 5 və Konstitusiyamızın 30 illiyidir". SİA xəbər verir ki, bu fikirləri Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda səsləndirib.

O qeyd edib ki, keçmişə dəyər vermək və gələcəyimizə bütün istiqamətlərimizi yönəltmək vacibdir: “Arzumuz odur ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində qabaqcıl dövlətlərdən olsun. Çox gözəl xatirimizdədir ki, uzun illər ərzində Azərbaycan torpaqları işğal altında olub və biz belə bir mühitdə yaşamışıq. Eyni zamanda Azərbaycan öz əzmini itirməyib və suverenliyə aparan yolu hər zaman axtarıb".

Избранный
61
1
sia.az

3Источники