RU

Rusiya ordusu yeni zenit-raket kompleksləri alıb

“Rostex” Rusiya ordusuna “Pantsir-SMD” zenit-raket kompleksi və “Pantsir-S” zenir-raket və silah sistemlərinin partiyasını təhvil verib. Bütün sistemlər tələb olunan dövlət sınaqlarından sonra Rusiya Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən qəbul edilib.

Herbiand.az bildirir ki, bu barədə “Yüksəkdəqiqlikli komplekslər” dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, “Pantsir-SMD” zenit-raket kompleksi atəşə nəzarət sistemi ilə təchiz olunub ki, bu da öz növbəsində çoxfunksiyalı radar sistemi və elektro-optik sistemdən ibarətdir. Bundan əlavə, sistemin avadanlığı hava hədəflərinə qarşı atəşin effektivliyini avtomatik olaraq qiymətləndirmək qabiliyyətinə malikdir.

“Rostex”-in silah klasterinin sənaye direktoru Bekhan Ozdoyevin sözlərinə görə, “Pantsir” hava hücumundan müdafiə sistemləri ailəsi Rusiya hava məkanının qorunmasında yüksək effektivliyini sübut edib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
104
1
herbiand.az

10Источники