RU

Həmin direktor işdən çıxarıldı


“Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.  
Bildirilib ki, araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova  tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, - məlumatda deyilir.
Xatırladaq ki, ötən gün məktəb direktorunun “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi ifadələr dediyi səs yazısı yayılıb
Избранный
6
49
yeniavaz.com

10Источники