RU

Xaçmazda həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs tutuldu

BAKI, 20 sentyabr. TELEQRAF

Sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakini Kənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon ProkurorluğundanTeleqraf-a verilən xəbərə görə, araşdırma zamanı Emin Baxışovun rayonun Ağtala kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Kənan Cəbiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.

Избранный
21
16
teleqraf.com

10Источники