Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
7-ci turun görüşləri oktyabrın 3-də, 4-də və 5-də keçiriləcək.
PFL-in yaydığı digər məlumata görə, Azərbaycanda keçiriləcək MDB oyunları ilə əlaqədar olaraq Premyer Liqanın 1-ci dövrəsinin “Kəpəz” – “Qarabağ” oyunu ilə 3-cü dövrənin “Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib.
Beləliklə, 7-ci turda “Qarabağ” “Kəpəz”lə matçı səfərdə deyil, öz meydanında keçirəcək.
Azərbaycan, Premyer Liqa
7-ci tur
3 oktyabr
“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:30.
“Araz-Naxçıvan”– “İmişli”
“Dalğa Arena”, 17:00.
4 oktyabr
“Qarabağ” – “Kəpəz”
“Azersun Arena”, 17:00.
“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
5 oktyabr
“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 17:30.
“Karvan” – “Sabah”
Şamaxı şəhər stadionu, 15:00.