RU

Keniya Prokurorluğunun heyəti Azərbaycanda

Dünən Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror Azərbaycan və Keniya arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğu xüsusi qeyd edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən prokurorluq orqanları arasında dinamik inkişaf edən əlaqələri vurğulayıb.

Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunan Baş prokuror hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə danışıb.

Renson İnqonqa ötən il Azərbaycana işgüzar səfərlərini qeyd edərək, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunmuş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini vurğulayaraq, Azərbaycan dövlətini və prokurorluğunu təbrik edib. Qonaq təmsil etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, qurumlarımız arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, cinayətkarlığa qarşı mübarizədə bilik və təcrübə mübadiləsi kimi məsələlər diqqət mərkəzində olub.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

XQ

Избранный
7
13
xalqqazeti.az

10Источники