RU

"GenAI Works" rəsmisi: "Azərbaycanın süni intellekt sahəsində uğur qazana biləcəyi imkanlar mövcuddur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan süni intellekt ekosistemində mühüm rol oynaya bilər".
Oxu.Az xəbər verir ki, bunu "GenAI Works" şirkətinin həmtəsisçisi Stiv Nuri bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Stiv Nuri deyib ki, "GenAI Works" dünyadakı ən böyük süni intellekt icması və ekosistemidir və artıq qlobal səviyyədə 14 milyon üzvü var:
"Onların çoxu Azərbaycanda da fəaliyyət göstərir. Şirkət hazırda dünyadakı iri müəssisələrə, o cümlədən NVIDIA və "Oracle" kimi şirkətlərə süni intellektdə rəqabət üstünlüyü qazanmaqda məsləhət verir".
O vurğulayıb ki, süni intellektin əsas modelləri ilə bir çox şirkət ekosistemləri qurur və bəzi hallarda yalnız "thin wrapper" üsullarından istifadə etsələr də, bu şirkətlər milyonlarla, bəzən isə milyard dollarlıq dəyərə çatırlar.
"Məsələn, "Perplexity" şirkəti yalnız 10 nəfərlik bir komanda ilə əsas model üzərində qurularaq böyük bir ekosistem yaradıb və indi milyardlıq şirkətə çevrilib.
Azərbaycanın da bu modeli izləyərək süni intellekt sahəsində uğur qazana biləcəyi imkanlar mövcuddur", - deyə o vurğulayıb.
Məhərrəm Əliyev
Избранный
7
8
oxu.az

10Источники