RU

HUAWEI Paris Təqdimatında Yeni Nəsil Ağıllı Saatlar, Nova 14 və MatePad 12 X ilə Texnologiyada İnnovasiya

Bu gün HUAWEI “Küləyə hakim ol” şüarı ilə Parisdə keçirilən qlobal təqdimat tədbirində yeni nəsil ağıllı cihazlarını və texnoloji məhsullarını ictimaiyyətə təqdim etdi. Tədbirin əsas diqqət mərkəzində HUAWEI WATCH GT 6 Seriyası, HUAWEI WATCH Ultimate 2HUAWEI WATCH D2 ağıllı saatları dayanırdı. Bununla yanaşı, HUAWEI nova 14 Seriyası smartfonları , HUAWEI FreeBuds 7i simsiz qulaqlıqları və MatePad 12 X PaperMatte Edition planşetini ictimaiyyətə nümayiş etdirdi. Şirkət həmçinin gənclərə yönəlmiş “İndi Sənin Zamanındır” fəlsəfəsini açıqladı və GoPaint 2025 qlobal yaradıcılıq təşəbbüsünü işə saldı. Tədbir yalnız məhsul təqdimatı deyil, həm də HUAWEI-nin texnologiyanı gündəlik həyat, təhsil və yaradıcılıqla birləşdirən nəzər nöqtəsini nümayiş etdirdi.

Ağıllı saat -HUAWEI WATCH GT 6 Seriyası: İdman və Sağlamlıqda Yeni Səhifə HUAWEI WATCH GT 6 Seriyası uzunmüddətli batareya ömrü, dəqiq GPS və TruSense sağlamlıq izləmə sistemi ilə istifadəçilərə geniş imkanlar təqdim edir. Saat ürək döyüntüsü, qan oksigeni, yuxu keyfiyyəti və digər vacib göstəriciləri real vaxtda ölçür. 100-dən çox məşq rejimi və velosiped, qaçış, qolf, xizək kimi idman növlərinə xüsusi outdoor funksiyalar istifadəçilərin performansını maksimum artırır. Velosipedçilər virtual gücölçənlə peşəkar səviyyədə analiz aparır, qaçışçılar marşrut və yüksəklik trendlərini izləyir, qolfçular yüksək dəqiqlikli meydança xəritələri ilə optimal nəticə əldə edir, xizəkçilər isə sürət, məsafə və enerji paylanmasını rahat izləyə bilirlər.

HUAWEI WATCH Ultimate 2 və WATCH D2: Təhlükəsizlik və Sağlamlıq Yenilikləri HUAWEI WATCH Ultimate Ultimate 2 modeli dalğıclar üçün nəzərdə tutulmuş ağıllı saatdır. 150 metr dərinlikdə davamlılıq, sonar texnologiyası ilə 30 metr məsafədə sualtı mesaj göndərmək və 60 metr dərinlikdə SOS siqnalı ötürmək imkanı əlavə təhlükəsizlik təmin edir. WATCH D2 isə qan təzyiqi izləmə sisteminə malikdir və birdəfəlik və təkrarlanan ölçmələr vasitəsilə istifadəçilərə gündəlik sağlamlıq vəziyyətini izləməyə imkan verir.

HUAWEI nova 14 smartfonu və HUAWEI MatePad 12 X planşeti HUAWEI nova 14 Ultra Chroma kamera və XD Portrait Engine ilə zəif işıqda belə yüksək keyfiyyətli və detal dolu portretlər təqdim edir. 50 MP ön kamera və 5x portret zoom funksiyası selfilərin peşəkar səviyyədə olmasını təmin edir. HUAWEI MatePad 12 X PaperMatte Edition planşeti kağız effekti verən ekranı və M-Pencil Pro dəstəyi ilə yaradıcılıq, təhsil və rəsm işləri üçün təkrarolunmaz rahatlıq yaradır.

“İndi Sənin Zamanındır” Fəlsəfəsi və GoPaint 2025 HUAWEI “İndi Sənin Zamanındır” fəlsəfəsi ilə gənclərlə daha yaxın əlaqə qurmağı və texnologiyanı hər kəs üçün fiziki və emosional baxımdan əlçatan etməyi məqsəd tutub. GoPaint 2025 yarışması rəssamlıq, rəqəmsal akvarel, fantastik sənət və animasiya kateqoriyalarını əhatə edərək gəncləri yaradıcılığa cəlb etməyi hədəfləyir.

Избранный
6
4
banker.az

7Источники