RU

Xaçmaz peşə məktəbinin tələbəsinə xəsarət yetirilib, tələbə yoldaşı saxlanılıb

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsinə xəsarət yetirilib.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb. Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş. kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tələbəyə qayçı ilə xəsarət yetirildiyi bildirilir. Hadisəni törədən E.M. polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
16
11
apa.az

10Источники