RU

Putin ABŞ-nin raket əleyhinə müdafiə planlarının izlənilməsini tapşırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin raket əleyhinə müdafiə (RƏM) sisteminin strateji komponentlərinin gücləndirilməsi planlarına xüsusi diqqət yetirilməsini tapşırıb.
Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı danışıb.
"Xüsusi diqqət ABŞ-nin raket əleyhinə müdafiə sisteminin strateji komponentlərinin artırılması planlarına, o cümlədən kosmosda HHM vasitələrinin yerləşdirilməsinə hazırlıq məsələlərinə yönəldilməlidir", - deyə Putin vurğulayıb.
Rusiya lideri, həmçinin müvafiq qurumlara ABŞ-nin strateji hücum silahları (SHS) ilə bağlı fəaliyyətini diqqətlə izləməyi tapşırıb.
Избранный
38
22
oxu.az

10Источники