RU

Nyu-York polisi Emmanuel Makronun kortejini dayandırıb

Fransa Prezidenti Emmanuel Makronun korteji Nyu-York polisi tərəfindən müvəqqəti olaraq saxlanılıb. Hadisə Makronun BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə CNN  məlumat yayıb.

İnternetdə yayılan videoda Makronun avtomobildən düşərək Nyu-York polisi ilə danışdığı görünür. Məlum olub ki, yol ABŞ-ın keçmiş prezidenti Donald Trampın kortejinin keçidi üçün bağlanıb.

Makron vəziyyəti həll etmək üçün Trampa zəng edərək yolun açılmasını xahiş edib.

“Mən bayırda gözləyirəm, çünki hər şey sizin üçün bağlıdır,” – deyə Makron Trampa bildirib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Избранный
8
veteninfo.az

1Источники