RU

Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində o təmsil edəcək

Yazını böyüt
Yazını kiçilt

Bu il Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçının adı açıqlanıb.

Hafta.az xəbər verir ki, dekabrın 13-də Tbilisidə keçiriləcək yarışmada ölkəmizi Yağmur Nəsrullayeva təmsil edəcək.

Bu barədə sentyabrın 23-də keçirilən mətbuat konfransından məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova, Azərbaycanın Avroviziyada nümayəndə heyətinin media rəhbəri Turab Teymurov və İTV Baş direktorunun Avroviziya sahəsi üzrə müşaviri Maksim Tsurkov mətbuat konfransında çıxış ediblər.

Qeyd olunub ki, seçim prosesi kifayət qədər gərgin keçib. “Müsabiqəyə 60-dan çox müraciət daxil olub. Onların arasından seçilən ən yaxşı 15 iştirakçı növbəti mərhələyə buraxılıb və yekunda qalib müəyyən edilib. Seçim mərhələsində münsiflər heyəti tanınmış sənətçilərdən formalaşıb. Onların sırasında Xalq artisti Siyavuş Kərimi, Əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadə, aranjemançı Vüqar Baxış, əvvəlki Avroviziya iştirakçısı Samirə Əfəndi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev yer alıblar.

Təmsilçimiz Yağmur Nəsrullayeva da öz təəssüratlarını bölüşərək bildirib ki, bir çox beynəlxalq müsabiqələrdə ölkəmizi layiqincə təmsil edib. Astanada keçirilən Azərbaycan və Qazaxıstan birgə yarışmasında iştirak edərək 3-cü yerə layiq görülüb: “Budəfəki Avroviziya müsabiqəsi ilə daha geniş auditoriya tərəfindən tanınacağıma inanıram. Hazırda 5 nömrəli Uşaq İncəsənət Məktəbinin 2-ci sinfində təhsil alıram. Ailəm və müəllimlərim mənə hər zaman dəstək olublar”.

Избранный
11
1
hafta.az

3Источники