RU

70 müəllimi aldadan dələduz qadın HƏBS OLUNMADI

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yardımlıda 70-ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandıraraq pullarını mənimsəyən 31 yaşlı qadın azadlığa buraxılıb.

Bakupost.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş Atayeva Jalə Əlövsət qızına Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunub.

O, 70-ə yaxın müəllimə qarşı dələduzluq edib. Təqsirləndirilən 31 yaşlı qadın bir qrup müəllimi Elm və Təhsil Nazirliyində yüksək vəzifəli adamının olduğuna inandırıb. Hər bir müəllimdən ayrı-ayrılıqda 3000-4000 min manat arası pul alaraq guya onları sertifikatlaşdırılma imtahandan keçirəcəyinə inandırıb. Zərərçəkmişlər Yardımlı rayonun Telavar, Horonu, Gərsava, Şovut və Sığna kəndinin müəllimləri olublar.

2024-cü ilin avqust ayında növbəti sertifikatlaşdırılma imtahanından keçə bilməyən bəzi müəllimlər hüquq-mühafizə orqanlarına şikayət etməli olublar. Aparılan araşdırma zamanı Jalə Atayevanın cinayət əməlini "Uber" şirkətində taksi fəaliyyəti ilə məşğul olan Xalid və Elnur adlı adlı şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib.

O, 8 aprel 2025-ci ildən 11 sentyabr 2025-ci ilədək həbsdə saxlanılıb. Məhkəmənin hökmü ilə həbsdə keçirdiyi 5 ay 3 gün cəza müddətinə hesablanmaqla Jalə Atayevaya 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilib.

Qadın məhkəmə zalından azad olunub, barəsində başqa yerə getməmək qadağası qüvvədə saxlanılıb. O, cəza müddəti bitənədək elektron qolbaqla nəzarətdə qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
9
www.bakupost.az

10Источники