RU

Dəri transplantasiyası olan qızın barmağından tüklər çıxdı - FOTO

Dəri transplantasiyasından sonra qızın barmağında qasıq tükləri çıxmağa başlayıb.

Ölkə.Az “Medicina”ya istinadla xəbər verir ki, Raye Broun adlı qız uşaqlıqda qəza nəticəsində barmaq ucunu itirmişdi.

Zədələnmiş barmağın sonrakı deformasiyasını minimuma endirmək üçün həkimlər xəstənin qasıq nahiyəsindən dəri götürərək dəri transplantasiyası etmək qərarına gəliblər.

Hər şey yaxşı görünürdü, lakin Raye yetkinlik yaşına girəndə barmağındakı dəridə tüklər çıxmağa başladı.

Bu heyrətamiz tibbi hadisə qızı narahat etmədi. Əksinə, o, vəziyyəti zarafata salııb, tüklü barmağını sosial mediada nümayiş etdirərək istifadəçiləri təəccübləndirdi. Rey insanları rekonstruktiv tibbi prosedurların xüsusiyyətləri barədə də xəbərdar edir. Həkimlər isə dərini dəyişib yeni transplantasiya etməyi tövsiyə edir.

Избранный
6
2
olke.az

3Источники