RU

Taksi sürücüləri ilə əlbir olub 70 müəllimi aldadan qadın azadlığa buraxıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yardımlıda 70-ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandıraraq pullarını mənimsəyən 31 yaşlı qadın azadlığa buraxılıb.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş Jalə Əlövsət qızı Atayeva Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunub.
O, 70-ə yaxın müəllimə qarşı dələduzluq edib. Təqsirləndirilən 31 yaşlı qadın bir qrup müəllimi Elm və Təhsil Nazirliyində yüksəkvəzifəli adamının olduğuna inandırıb. Hər bir müəllimdən ayrı-ayrılıqda 3 000-4 000 min manat arası pul alaraq, guya onları sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandırıb. Zərərçəkmişlər Yardımlı rayonunun Telavar, Horonu, Gərsava, Şovut və Sığna kəndlərinin müəllimləri olublar.
2024-cü ilin avqust ayında növbəti sertifikatlaşdırma imtahanından keçə bilməyən bəzi müəllimlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Aparılan araşdırma zamanı Jalə Atayevanın cinayət əməlini "Uber" şirkətində taksi fəaliyyəti ilə məşğul olan Xalid və Elnur adlı adlı şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib.
O, 8 aprel 2025-ci ildən 11 sentyabr 2025-ci ilədək həbsdə saxlanılıb. Məhkəmənin hökmü ilə həbsdə keçirdiyi 5 ay 3 gün cəza müddətinə hesablanmaqla Jalə Atayevaya 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilib.
Qadın məhkəmə zalından azad olunub, barəsində başqa yerə getməmək qadağası qüvvədə saxlanılıb. O, cəza müddəti bitənədək elektron qolbaqla nəzarətdə qalacaq.
Избранный
39
9
oxu.az

10Источники