RU

Taksi sürücüləri ilə əlbir olub 70 müəllimi aldadan qadın azadlığa buraxıldı

Yardımlıda 70-ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandıraraq pullarını mənimsəyən 31 yaşlı qadın azadlığa buraxılıb.

Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş Jalə Əlövsət qızı Atayeva Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunub.

O, 70-ə yaxın müəllimə qarşı dələduzluq edib. Təqsirləndirilən 31 yaşlı qadın bir qrup müəllimi Elm və Təhsil Nazirliyində yüksəkvəzifəli adamının olduğuna inandırıb. Hər bir müəllimdən ayrı-ayrılıqda 3 000-4 000 min manat arası pul alaraq, guya onları sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandırıb. Zərərçəkmişlər Yardımlı rayonunun Telavar, Horonu, Gərsava, Şovut və Sığna kəndlərinin müəllimləri olublar.

2024-cü ilin avqust ayında növbəti sertifikatlaşdırma imtahanından keçə bilməyən bəzi müəllimlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Aparılan araşdırma zamanı Jalə Atayevanın cinayət əməlini "Uber" şirkətində taksi fəaliyyəti ilə məşğul olan Xalid və Elnur adlı adlı şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib.

Избранный
26
9
publika.az

10Источники