RU

Bakıda İƏT qurumunun iclası

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası olub. 

İclas Əmək Mərkəzinin Baş Assambleyasının 2-ci sessiyasına hazırlıq və mərkəzin fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyıb. 

İƏT-in Əmək Mərkəzinin İcraiyyə Şurasının sədri, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsini dəstəklədiyni və respublikamızla təşkilat arasındakı əlaqələrin səmərəli əməkdaşlıq və dialoq əsasında qurulduğunu bildirib.

İƏT-in Əmək Mərkəzinin İcraiyyə Şurasının sədrinin müavini, Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser M. Abuthnain iclasın üzv ölkələr arasında əlaqələrin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını diqqətə çatdırıb.

Mərkəzin baş direktoru Azər Bayramov İƏT-in ən gənc institutu olan bu mərkəzin üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində rolundan bəhs edib.

İclasda İƏT-in Əmək Mərkəzinin fəaliyyət və maliyyə hesabatları dinlənilib. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
9
xalqqazeti.az

10Источники