RU

Bakıda III Beynəlxalq Statistika Forumu fəaliyyətə başladı

BAKI, 24 sentyabr. TELEQRAF

Bakıda III Beynəlxalq Statistika Forumu fəaliyyətə başlayıb.

Teleqraf xəbər veri ki, Dövlət Statistika Komitəsi və MDB-nin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən forum sentyabrın 26-na qədər davam edəcək.

Tədbir milli statistika orqanlarını, beynəlxalq təşkilatları, dövlət qurumları və akademik dairələrdən olan şəxsləri bir araya gətirir.

Forumun mövzusu “Statistikanın perspektivləri: beynəlxalq layihələr”dir. Metodologiya, milli və beynəlxalq təcrübələr, qlobal statistik layihələrin vəziyyəti və perspektivləri kimi bir sıra mövzular müzakirə olunacaq.

Tədbirdə 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri, elmi ictimaiyyətin tanınmış nümayəndələri və ekspertlər iştirak edirlər.

Избранный
57
7
teleqraf.com

10Источники