RU

Nazir müavini: Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarında 132 hektar yeni yaşıllıq sahəsi salınıb

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İşğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonları ərazisində ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları nəzərə alınmaqla, Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində ümumilikdə 286 hektar meşə fondu sahəsində əkin və səpin işləri icra olunub: "2025-ci ilin payız əkin mövsümündə 240 hektar meşə fondu sahəsində əkin və səpin işlərinin aparılması nəzərdə tutulur. Hazırda ərazilərdə torpaq hazırlığı işləri davam etdirilir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
5
icma.az

7Источники