RU

Dövlət əmlakı olan 2 ASC nin səhm paketi və 25 nəqliyyat vasitəsi özəlləşdirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi və 25 nəqliyyat vasitəsi satılıb.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, növbəti hərracda Cəlilabad rayonunda yerləşən "Cəlilabad Şərab" və paytaxtda olan “Moda” Açıq Səhmdar Cəmiyyətlərinin səhm paketləri satılıb.

Hərraca çıxarılan əmlaklara 74 sifariş olub. Start qiyməti 4900 manat olan “Volkswagen Phaeton” markalı avtomobil 8700 manata, 1800 manat olan UAZ markalı avtomobil isə 3718 manata satılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
4
azertag.az

10Источники