RU

Hərracda iki cəmiyyətin səhm paketi və 25 nəqliyyat vasitəsi özəlləşdirilib

BAKI, 24 sentyabr. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi və 25 nəqliyyat vasitəsi satılıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, hərracda Cəlilabad rayonunda yerləşən "Cəlilabad Şərab" və paytaxtda olan “Moda” açıq səhmdar cəmiyyətlərinin səhm paketləri satılıb.

Hərraca çıxarılan əmlaklara 74 sifariş olub. Start qiyməti 4.900 manat olan “Volkswagen Phaeton” markalı avtomobil 8.700 manata, 1.800 manat olan “UAZ” markalı avtomobil isə 3.718 manata satılıb.

Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Избранный
34
6
teleqraf.com

10Источники