RU

İmişlidə toyda zəhərlənənlərin sayı artıbYENİLƏNİB-1

Sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Xezerxeber.az-a TƏBİB-dən məlumat verilib.

"Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

18:25

İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib: "Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır".

17:07

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.

Aralarında azyaşlılar da olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata əsasən, onlar kənddə keçirilən toy mərasimində zəhərləniblər. 

Həkimlər tərəfindən lazımi tədbirlər görülərək müayinələr aparılır.

Избранный
30
10
xezerxeber.az

10Источники