RU

Azərbaycanla Dominikan arasında bu pasportlara malik şəxslər üçün viza rejimi ləğv olundu

BAKI, 25 sentyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb.

Bu barədə Teleqraf-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Danışıqlarda əsas diqqət siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınının artırılması, əməkdaşlığın yeni sahələrinin araşdırılması olub.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti, rəsmi pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Saziş" imzalayıblar.

Избранный
38
3
teleqraf.com

10Источники