RU

Zelenski: "Dost və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yalnız güclü dostlar və silahlar təcavüzkarı dayandıra bilər".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
"Bu gün bizdən başqa heç kim təhlükəsizliyimizi təmin edə bilməz. Yalnız güclü alyanslar, tərəfdaşlar və yalnız bizim öz silahımız bunu edə bilər. Əgər bir millət sülh istəyirsə, o, silahına diqqət yetirməlidir", - deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski qeyd edib ki, hazırda nə beynəlxalq hüquq, nə də əməkdaşlıq deyil, məhz silah kimin sağ qalacağına qərar verir. O, əlavə edib ki, güclü dostlar yoxdursa, beynəlxalq hüquq tam işləməyəcək. Hətta bu da silahsız işə yaramır.
"Dost və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur. Heç bir ukraynalı belə reallığı seçməmişdi. Ukraynalılar sülhsevər insanlardır, amma onlar yaşamaq istəyirlər. Azad, özlərinin müstəqil ölkələrində yaşamaq istəyirlər. Lakin qanlı münaqişə zamanı heç bir beynəlxalq institut Ukrayna xalqını dayandıra bilməz", - deyə o, əlavə edib.
Избранный
51
50
oxu.az

10Источники