RU

Azərbaycan ilə Dominikan arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi ləğv edilib

Bakı. TurkicWorld

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb.

TurkicWorld-ün məlumatına görə, bu barədə Nazirlik "X" sosial şəbəkəsində yazıb.

Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınlarının artırılması, həmçinin əməkdaşlığın yeni istiqamətlərinin araşdırılması məsələləri müzakirə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün viza tələbinin ləğv olunmasına dair Sazişi imzalayıblar.

Избранный
31
8
turkic.world

10Источники