RU

Azərbaycan və Dominikan arasında viza tələbi ləğv olunur

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikanın xarici işlər naziri Roberto Alvareslə görüşüb.

Banco.az  xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat verilib.

Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınlarının artırılması, həmçinin əməkdaşlığın yeni istiqamətlərinin araşdırılması məsələləri müzakirə olunub.

    Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

    Nazirlər, Azərbaycan  Hökuməti ilə Dominikan Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün viza tələbinin ləğv olunmasına dair Sazişi imzalayıblar.

    Избранный
    29
    8
    banco.az

    10Источники