RU

Türkiyənin məşhur aktyorları Bakıya gəlir

Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində, Türkiyənin məşhur Yeşilçam aktrisası Hülya Koçyiğit və müasir dövrün tanınmış aktyorları Brek Oktay, Anıl Altan və Duyğu Sönmez, 26 sentyabr 2025-ci il tarixində Bakı şəhərinə gələcək.

İnterpress.az xəbər verir ki, bu görüş Bakı Yunus Emre İnstitutunda keçiriləcək və saat 11:00-da başlayacaq. Səhnə sənətinin sevənləri, Türk kino sənətinin bu məşhur simaları ilə tanış olmaq, onların həyat və karyerası haqqında maraqlı söhbətlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və iki ölkə arasındakı mədəni mübadilənin artmasına töhfə verəcək bu tədbir, kinosevərlər üçün unudulmaz anlar yaşatmağa hazırdır.

Избранный
7
7
interpress.az

8Источники