Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin daha bir yamacı (“Kilim”) Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün homologasiya (yoxlanışdan keçmə) prosesindən uğurla keçərək sertifikat əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, “Kilim” yamacının ümumi uzunluğu 1897 metrdir.
Sertifikat qeyd olunan yamacda slalom, nəhəng slalom, super nəhəng slalom və paralel disiplinlər üzrə yarışların keçirilməsinə icazə verir.
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
Millimiz təlim-məşq toplanışına start verib
III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO