RU

Azərbaycanda qış idman növlərinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub  

Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Konkisürmə Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

MOK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanda qış idman növlərinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə qış idman növlərinin inkişafı üçün görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanın Olimpiya ailəsində tutduğu mövqeyi daha da gücləndirməsi, müxtəlif beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, belə qarşılıqlı əlaqələr gələcək üçün yeni imkanların açılmasına xidmət edir. Çingiz Hüseynzadə vurğulayıb ki, bu əməkdaşlıq həm də idmançıların beynəlxalq yarışlarda təcrübə qazanmasına və ölkənin tanıdılmasına mühüm töhfə verir.

MOK-un baş katibi Azər Əliyev yerli mütəxəssislərin çatışmazlığını diqqətə çatdırıb: “Hazırda yerli idmançılar azdır. Əsas problem bu sahə üzrə mütəxəssislərin kifayət qədər olmamasındadır. Amma buna baxmayaraq, ölkəmizdə Səbinə Əliyeva, Leyli Axundova və digər gənc idmançılar yetişir”.

O, həmçinin bildirib ki, Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarına, 2027-ci ildə isə növbəti Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək.

Beynəlxalq Konkisürmə Federasiyasının prezidenti Co Yul Kim Azərbaycanda qış idman növlərinə göstərilən diqqəti yüksək qiymətləndirib. O, yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışında iştirak etməkdən məmnunluğunu ifadə edib və gələcəkdə Azərbaycanla müxtəlif layihələrdə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Избранный
9
7
azerbaijan-news.az

8Источники