RU

Uşaqlarını Ukrayna dronlarının hücumundan xilas edən rus qadın cərimələndi

Krasnodar vilayətində uşaqlarını Ukraynaya məxsus pilotsuz təyyarələrdən xilas edən ana cərimələnib.

Publika.az xəbər verir ki, bu barədə “Kub Mash” "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, qadın Primorsko-Axtarska ailə şənliyinə gedirmiş. Yolda dronların hücumu olub, onlardan ikisi rus qadının idarə etdiyi avtomobilin yaxınlığında vurulub.

Hadisə hələ mart ayında baş verib. Dronlar vurulan zaman maşındakı hər kəs qorxuya düşüb və təhlükəli vəziyyət qadını daha sürətli hərəkət etməyə məcbur edib.

Yolda sürət həddi maksimum 60 olsa da, qadın saatda 100 km sürətlə hərəkət edib.

Bir müddət sonra ona sürət həddini aşdığı üçün cərimə vərəqəsi göndərilib. O, məhkəməyə müraciət edib və uşaqlarını qorumaq üçün başqa yolu olmadığını sübut edə bilib. Məhkəmə cərimə qərarını ləğv edib.

Избранный
16
2
publika.az

10Источники