RU

Yeniyetmələrin fiqurlu konkisürmə üzrə Qran-Prisinin ikinci günü başa çatıb (FOTO)

Bakı. Trend:

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri”yarışının 2-ci günü başa çatıb.

Trend xəbər verirki, yarışın ikinci günündə kişilər arasında sərbəst proqram üzrə 21ölkədən 22 idmançı çıxış edib.

Turnirin sərbəst proqram üzrə nəticələrinə əsasən CənubiKoreyalı idmançı Minkyu Seo 236.45 xalla ali kürsüdə 1-ci yerə,Belçikalı fiqurlu konkisürən Denis Krouglov 213.47 xalla 2-ci yerə,Birləşmiş Ştatlardan olan idmançı Caleb Farrington isə 210.66 xalla3-cü yerə sahib olublar.

Təltifetmə mərasimində qaliblərə medalları Azərbaycan Qış İdmanNövləri Federasiyasının prezidenti Fuad Nağıyev və Azərbaycan Qışİdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təqdimedib.

Qeyd edək ki Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdmanNazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və BeynəlxalqKonkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 38ölkədən 92 idmançı iştirak edir.

Sentyabrın 26-da, yarışın sonuncu günündə qadınlar buz üstündəsərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxışedəcəklər.

Yeniyetmələrin
Yeniyetmələrin
Yeniyetmələrin
Yeniyetmələrin
Yeniyetmələrin
Yeniyetmələrin
Yeniyetmələrin
Yeniyetmələrin
Yeniyetmələrin
Избранный
20
9
az.trend.az

10Источники