RU

ABŞ-də rekord tamaşaçı auditoriyası qazandı - Azərbaycan Qran-Prisi

Formula 1 üzrə Azərbaycan Qran-Prisi ABŞ-də bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.

Sportinfo.az xəbər verir ki, Formula-1-in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.

Bazar günü keçirilən əsas yarışın canlı yayımı demək olar ki, 1,1 milyon tamaşaçı toplayıb — bu, Azərbaycan Qran-Prisi Amerika televiziya tarixində ən yüksək göstəricisidir.

Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarda start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında Formula 1 yarışlarının televiziya auditoriyası orta hesabla 1,4 milyon nəfər təşkil edir. Bu da ABŞ-də Formula 1 yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1,21 milyon tamaşaçı olub.

Formula 1 üzrə Azərbaycan Qran-Prisi 19–21 sentyabr tarixlərində baş tutub. Yarışın qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olub.

Избранный
18
5
sportinfo.az

10Источники