RU

Ağdamdakı müəssisələrə mediatur təşkil olunub - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi Ağdamda media nümayəndələri üçün əməyin mühafizəsinə dair müəssisələrə mediatur təşkil edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş mediaturda sosial tərəfdaş qurumların - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak ediblər.

Mediaturun məqsədi işğaldan azad olunmuş ərazilərdə əməyin mühafizəsi sahəsində görülən işləri, maarifləndirmə tədbirlərini və müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraitini ictimaiyyətə təqdim etmək olub.

İştirakçılara 2023-cü ildən başlayaraq bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, 2025-ci ildə Əməyin Mühafizəsi Mərkəzi tərəfdaş qurumlarla birgə 46 tədbir keçirib və ümumilikdə 135 işəgötürən, 4700-ə yaxın işçini əhatə edib. Jurnalistlər əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumatlandırılıblar. Eyni zamanda, dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.

Mediatur çərçivəsində media nümayəndələri Ağdamda fəaliyyət göstərən “Tabaterra” MMC, “BAFCO İnvest” MMC və “Eel Electric” MMC-də əməyin mühafizəsi və sağlam iş mühitinin yaradılması ilə bağlı həyata keçirilən qabaqlayıcı tədbirlərlə yerində tanış olublar.

Избранный
16
8
sia.az

10Источники