Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.
Senzor.az bildirir ki, bu barədə o, rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.
Lukaşenko Ukraynanı dayanmağa çağırıb. O bildirib ki, "əks halda onlar bütün Ukraynanı itirəcəklər".
Lukaşenko Vladimir Putinlə görüşdən sonra Ukrayna Prezidenti ilə şəxsən danışmaq istədiyini bildirib: "Mən sadəcə onunla danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb".