RU

Rusiya Kiyevi raket atəşinə tutdu: 2 ölü, 10 yaralı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya ordusu sentyabrın 28-nə keçən gecə Kiyevi PUA raket atəşinə tutub.

Axar.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün Teleqram kanalında məlumat verib.

"Kiyevə endirilən zərbə nəticəsində 10 nəfərin yaralandığı və iki nəfərin öldüyü təsdiqlənib. Bu məlumat çox güman ki, yekun deyil", - Tkaçenko bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri 12 yaşlı qızdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
3
axar.az

7Источники