Bildirilir ki, Tramp Ağ Evdə Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Consonu, Senatın respublikaçı lideri Con Tunu, Nümayəndələr Palatasının və Senatın Demokratik Azlıq Liderləri Hakim Cefris və Çak Şumeri qəbul edəcək.
Bundan əvvəl Hakim Cefris və Çak Şumer prezidentdən onlarla görüşməsini tələb etmişdilər. Sentyabrın 23-də Tramp Truth Social-da ABŞ Konqresində Demokrat liderləri ilə görüşmək niyyətində olmadığını yazmışdı. Administrasiya rəhbəri qeyd edib ki, belə bir görüş "məhsuldar ola bilməz". O, demokratların hökumətin gələcək maliyyələşdirilməsinə dair razılaşmalar üçün "qeyri-ciddi və gülünc tələblər" irəli sürdüyünü vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31