Moldovada keçirilən parlament seçkilərində Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 40,19% səslə liderlik edir.
Publika.az xəbər verir ki, bu barədə respublikanın mərkəzi seçki komissiyası məlumat yayıb.
Protokolların 30%-nin emalından sonra elan olunan nəticələrə görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" isə 31,29% səs toplayıb.