Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat köşklərində yaranan nasazlıq ölkə daxilində hava limanlarının bağlanmasına səbəb olub.
Bu haqda CTV-nin məlumat yayıb.
“CBSA-nın özünəxidmət qeydiyyat köşklərində yaranan nasazlıq səbəbindən yüzlərlə, hətta minlərlə sərnişin təyyarələrdə qalıb və ya ölkənin çoxsaylı hava limanlarında uzun izdihamlarla üzləşib”, - kanal bildirib.
Ölkənin sərhəd xidməti nasazlığın aradan qaldırılması üzərində işlədiyini bildirib.