RU

III MDB Oyunları: Azərbaycan üzgüçülərindən 3 medal

Azərbaycan üzgüçüləri III MDB Oyunlarında 3 medal qazanıblar.

Fanat.Az xəbər verir ki, kişilərin yarışında Oktay Hüseynov gümüş mükafata sahib çıxıb.

Qızların 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında isə Mehri Əbdürrəhmanlı və Anstasiya Qnussina fəxri kürsüyə qalxıblar. Onlar müvafiq olaraq, 2 və 3-cü yerləri tutublar.

Qeyd edək ki, üzgüçülük yarışları Gəncə İdman Sarayında keçirilir.

Избранный
29
3
fanat.az

4Источники