RU

Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN rəhbəri arasında telefon danışığı: Nələr müzakirə edildi?

Sentyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Yermek Koşerbayeva zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazir Yermek Koşerbayevi xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Ölkələrimiz arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əminlik ifadə olunub.
 

Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, cari ilin oktyabr ayında Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq barədə məlumat verilib.


Nazir Yermek Koşerbayev təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Bizim.Media

Избранный
19
26
bizim.media

10Источники